ELM VƏ TƏHSİL


BDU-da “Şuşa elm festivalı” layihəsinin qalibləri təltif olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gənclər Fondunun elan etdiyi XV qrant müsabiqəsinin qalibi - “Elm” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Şuşa elm festivalı” adlı layihəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənc istedadları aşkara çıxarmaq, onlara stimul vermək, Şuşanın mədəniyyətini və tarixini dərindən öyrənmək, tələbələrdə elmə maraq yaratmaq və müxtəlif məntiqi suallar ilə onların intellektual inkişafına dəstək olmaqdır.

Layihənin rəhbəri, Mexanika-riyaziyyat fakültəsinin müəllimi Səbuhi Abdullayev bildirib ki, layihənin başlanğıcının Cıdır düzündən elan olunması ona diqqət və marağın artmasına, eləcə də Şuşanın elm və mədəniyyətlə tanınmasına töhfə olacaq.

Qeyd edək ki, layihə üç seçim mərhələsindən ibarətdir. Bu turda iştirakçılara Şuşanın mədəniyyət və tarixi haqqında, eləcə də intellektual biliklərini sınayan 20 sual təqdim edilib.

Final mərhələsinə 30 nəfər seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.