ELM VƏ TƏHSİL


BDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) I kurs tələbələri ilə görüş keçiriblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Fondun İdarə Heyəti sədrinin müavini Tahir Xələfov təqdimatla çıxış edib. O, tələbələrə Fondun fəaliyyəti və təhsil tələbə kreditinin verilməsi qaydaları barədə ətraflı məlumat verib. Bu layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını vurğulayıb, tələbələri dövlətin yaratdığı bu imkandan yararlanmağa çağırıb.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.