ELM VƏ TƏHSİL


BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətini təhlil edəcək işçi qrupunun növbəti iclası keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC 

Bakı Dövlət Universiteti (BDU) ölkəmizin haqq savaşı olan Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətini təhlil edəcək, müvafiq analitik tədqiqatlar aparacaq yeni layihəyə start verib. Layihə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda 44 gün davam edən və ordumuzun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi dövründə media və informasiya müharibəsi ilə bağlı bir çox məsələlərin tədqiqinə həsr olunub. Bu gün layihənin işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyindən bəhs olunub. Bu parlaq Qələbənin əldə edilməsində xalqın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb.

Prezident İlham Əliyevin xarici KİV-lərə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, beynəlxalq jurnalist təşkilatlarının mövqeyi, Vətən müharibəsində ölkə mediasının fəaliyyəti, bu mübarizəni obyektiv işıqlandıran dünya media nümayəndələrinin fəaliyyəti mövzularında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihənin işçi qrupuna BDU-nun Jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Qrupun tərkibində 5 bölmə fəaliyyət göstərəcək. Analitik hesabat hazırlanarkən jurnalistikanın prinsiplərinə və normalarına, beynəlxalq jurnalistika təşkilatlarının təcrübəsinə, eyni zamanda, beynəlxalq təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.