ELM VƏ TƏHSİL
BDU-da Vətən müharibəsi iştirakçısı Ziya Səlimovla görüş
Bakı, 26 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Vətən müharibəsi iştirakçısı Ziya Səlimovla görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə TGT-nin fakültə üzrə sədr müavini, III kurs tələbəsi Murad İsgəndərzadə Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə əbədi həkk olunan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbədən danışıb.
Çıxış edən qazi Ziya Səlimov Vətən müharibəsi zamanı şərəfli döyüş yolundan bəhs edərək, rəşadətli Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən, xalqımızın göstərdiyi birlik və həmrəylik nümunəsindən bəhs edib. Düşmənin 30 il işğal altında saxladığı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində azad etdiyini deyən Ziya Səlimov Böyük Zəfərin əhəmiyyətini vurğulayıb.
O, eyni zamanda, Vətən müharibəsi ilə bağlı xatirələrini söyləyib, şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərildiyini bildirib.