BDU-da "Azərbaycan tarixşünaslığının inkişaf istiqamətləri" mövzusunda məruzə dinlənilib
AzerTAg.az
Bakı, 23 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində "Azərbaycan tarixşünaslığının inkişaf istiqamətləri" mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Anar İsgəndərov "Azərbaycan tarixşünaslığının inkişaf istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib.
Professor A.İsgəndərov Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ilə əsası qoyulmuş Azərbaycan tarixşünaslıq elminin aktual məsələlərinə toxunaraq, tarixin müxtəlif dövrlərində, müstəqil Azərbaycan xanlıqları, o cümlədən Qarabağ xanlığı ilə bağlı yazılan əsərlərin tarixşünaslıq baxımından bir çox məsələlərdə öz aktuallığını saxladığını qeyd edib.

Xəbərin mətnində orfoqrafik səhv var