ELM VƏ TƏHSİL


BDU-da biomaterialların tədqiqi və tətbiqi üzrə tədqiqatlar davam edir

Bakı, 4 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilovun və kafedranın dosenti Aygün Nəsibovanın həmmüəllifi olduqları “Biomateriallarda öz-özünə yığılan maqnit nanohissəciklərinin EPR tədqiqi” adlı məqalə “SCOPUS” bazasında indekslənən (IF: 0.54) “Semiconductor physics, Quantum Electronics & Optoelectronics” jurnalında dərc olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Məqalədə canlı sistemlərdə stress zamanı özünü müdafiə mexanizmi olaraq maqnit nanohissəciklərin yaranmasından bəhs edilir. Araşdırma obyekti olaraq ardıc (Juniperus communis) bitkisi və bu bitkinin əsasında hazırlanan biomateriallar (antioksidant təsirə malik olan və immun sistemini gücləndirən Nefrovil və İmmunostan preparatları) istifadə olunub. Tədqiqatlar EPR (elektron paramaqnit rezonans) metodu ilə aparılıb. Həmçinin qeyd olunan biomateriallarda yaranan EPR siqnallarının intensivliyinə temperaturun və radiodalğaların gücünün təsiri də tədqiq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.