ELM VƏ TƏHSİL


BDU-da elmi seminar: Altsheymer xəstəliyinin kök hüceyrə ilə müalicəsi

Bakı, 23 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin məzunu, İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin II kurs magistrantı Fərid Mahmudzadə “Altsheymer xəstəliyinin kök hüceyrə ilə müalicəsində son yeniliklər” mövzusunda onlayn formatda elmi seminar keçirib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məruzəçi Altsheymer xəstəliyinin demensiyanın ən geniş yayılmış tipi olduğunu və sinir hüceyrələrinin ölümünə səbəb olan neyrodegenerativ xəstəliklər qrupuna aid edildiyini deyib. Bildirib ki, xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Xəstəliyin tam müalicə üsulu yoxdur, simptomları azaldan və xəstəliyin ağırlaşmasını ləngidən dərman terapiyası istifadə olunur.

Fərid Mahmudzadə son zamanlar Altsheymer xəstəliyinin kök hüceyrə ilə müalicəsi üzərində geniş tədqiqatların aparılması barədə məlumatları tələbələrlə bölüşüb. Məruzəçi xəstəliyin müalicəsində kök hüceyrə terapiyasının ən yaxşı üsul olmasını faktlarla diqqətə çatdırıb. O, müvafiq sahənin daha çox araşdırılmasına ehtiyac duyulduğunu, kök hüceyrə müalicəsinin üstünlükləri ilə yanaşı, bir sıra mənfi tərəflərinin olduğunu da qeyd edib.

Seminarın sonunda məruzəçi tələbələrin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.