ELM VƏ TƏHSİL


BDU-da elmi seminar: Rəqəmsal mühitin biblioqrafik fəaliyyətin inkişafına təsiri

Bakı, 17 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində onlayn elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, elmi seminarda Biblioqrafiyaşünaslıq kafedrasının dosenti Solmaz Sadıqova “Rəqəmsal mühitin biblioqrafik fəaliyyətin inkişafına təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə müasir informasiya cəmiyyəti dövründə rəqəmsal mühitin biblioqrafik fəaliyyətin inkişafına təsiri şərh olunub. Kitabxanaların biblioqrafik fəaliyyətində internet texnologiyalarından istifadə təcrübəsi və meyilləri haqqında geniş məlumat verilib, bu sahədə dünya təcrübəsindən nümunələr göstərilib, müqayisəli təhlillər aparılıb. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən kitabxanaların bu sahədəki iş təcrübəsi və perspektivləri haqqında danışılıb. İnformasiya texnologiyalarının tətbiqi ilə müasir kitabxana-informasiya xidmətlərinin imkanlarının genişləndiyini vurğulayan məruzəçi bu sahədə mövcud problemlərdən də bəhs edib, onların həlli yollarını göstərib. Bildirib ki, məruzədə qarşıya qoyulan əsas məqsədlərdən biri tədris prosesində bu dəyişiklikləri nəzərə almaqdan ibarətdir.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Elçin Əhmədov, Knyaz Aslan, dosent Rəşad Qardaşov məruzə ilə bağlı fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.