ELM VƏ TƏHSİL


BDU-da əyani tədris prosesi iştirakçılarının sağlamlıqlarının qorunmasına ciddi nəzarət olunur

Bakı, 8 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) əyani tədris prosesi uğurla davam edir. Mühazirələr “Blackboard” elektron təhsil sistemi üzərindən təşkil olunur, məşğələ və laboratoriya dərsləri isə ənənəvi formada keçirilir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, əyani dərslərdə iştirak edən müəllim və tələbələrin sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər görülür, COVID-19 ilə mübarizə məqsədilə qabaqlayıcı və preventiv tədbirlər davam etdirilir. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının sanitariya və gigiyena qaydalarına əməl etmələrinə, sosial məsafənin saxlanılmasına ciddi riayət olunur.

BDU üzrə tədbirlər planına müvafiq olaraq, 30 saylı poliklinikanın həkimləri mütəmadi olaraq əyani dərslərdə iştirak edən müəllim və tələbələrin hərarətini yoxlayır, sağlamlıqlarının qorunması, infeksiya ilə mübarizə üsulları, sanitariya-gigiyena qaydalarına ciddi əməl olunması barədə onlarla maarifləndirici söhbətlər aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.