ELM VƏ TƏHSİL


BDU-da fiziki-kimyəvi üsulların biotibbi tədqiqatlarda tətbiqi öyrənilib

BDU-da fiziki-kimyəvi üsulların biotibbi tədqiqatlarda tətbiqi öyrənilib

Bakı, 28 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) keçirilən seminarda Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov Biotibbi tədqiqatlarda müasir fiziki-kimyəvi üsulların tətbiqi barədə danışıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Alim son illərdə canlı sistemlər üzərində elmi-tədqiqat işləri aparıb. O, professor-müəllim heyəti, magistrant və doktorantların iştirak etdiyi seminarda apardığı tədqiqatlarda əsasən elektron paramaqnit rezonans spektroskopiyası, keçirici elektron mikroskopiyası, skanedici elektron mikroskopiyası, Messbauer spektroskopiyası kimi müasir metodları tətbiq etdiyini diqqətə çatdırıb. Stres amillərin canlı sistemlərə təsiri zamanı onlarda maqnit xassələrinin yaranmasının aşkarlanması elmi əsaslarla şərh olunub.

R.Xəlilov alınan nəticələrin biotibdə tətbiqinin perspektivləri barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.