ELM VƏ TƏHSİL


BDU-da imtahan sessiyası uğurla davam edir

Bakı, 20 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) bakalavriat və magistratura səviyyələrində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 19-da bakalavr təhsil pilləsi üzrə əyani və qiyabi təhsil formasında, eləcə də əlavə təhsil üzrə təhsil alan 285 qrup üzrə 5135 tələbə (251 nəfəri "SABAH" qrupları tələbəsi olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 23 qrup üzrə 394 tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində isə 264 ixtisaslaşma üzrə 167 fənn üzrə 830 magistrant imtahanları uğurla keçib.

Qeyd edək ki, BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun, eyni zamanda, obyektiv və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək üçün “Qaynar xətt” və Apellyasiya komissiyası da fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.