HEYDƏR ƏLİYEV - 100


BDU-da intellektual yarış: “Nə? Harada? Nə zaman?”

Bakı, 13 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü Lider, Güclü Azərbaycan” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

TGT sədri Ələkbər Həsənov BDU-da Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olacaq ömür yolunun, fəaliyyətinin öyrənilməsi, gənclərə tanıdılması istiqamətində çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd edib. Vurğulanıb ki, “Heydər Əliyev İli” çərçivəsində BDU TGT tərəfindən də Ulu Öndərin zəngin irsinə həsr olunmuş müxtəlif layihələr reallaşdırılacaq.

Sonra yarışa start verilib. On dörd komandanın iştirak etdiyi intellektual yarış Ümummilli Liderin dövlət gənclər siyasəti və azərbaycançılıq ideologiyasına həsr olunub.

Münsiflər heyətinin rəyinə əsasən, I yerə “Pentaqon”, II yerə “Queentett”, III yerə isə “Business in Law” komandaları layiq görülüb. Qaliblər kubok, medal və sertifikatlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.