ELM VƏ TƏHSİL


BDU-da magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq

BDU-da magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq

Bakı, 31 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilində magistratura üzrə iki yeni ixtisaslaşmanın açılması nəzərdə tutulur. Bunlar Şərqşünaslıq fakültəsində tərcümə (ərəb dili üzrə) və Coğrafiya fakültəsində davamlı inkişafın idarə edilməsi ixtisaslaşmalarıdır.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Şərqşünaslıq fakültəsinin bakalavr pilləsində tərcümə (ərəb və fars dilləri üzrə) ixtisasında tərcüməçi kadrlar yetişdirilir. Bu ixtisasda əsasən dil və tərcümə ilə bağlı fənlər tədris olunur. Ərəb dilində yüksəkixtisaslı, daha peşəkar tərcüməçilər yetişdirmək üçün növbəti tədris ilində magistratura pilləsində yeni açılacaq tərcümə (ərəb) ixtisası üzrə iki plan yeri nəzərdə tutulub.

Müasir dövrdə iqtisadi inkişafda davamlılığın təmin edilməsi dövlət idarəetmə orqanları qarşısında duran ən vacib məsələlərdən biridir. Bu məsələnin həlli dövlətin inkişaf proseslərinin planlaşdırılması, idarə edilməsi, innovativ texnologiyaların tətbiqi və yüksəkixtisaslı kadr potensialının formalaşdırılması sayəsində mümkündür. Davamlı inkişaf iqtisadi, ekoloji və sosial problemləri kompleks şəkildə həll etməyə imkan verən, müasir dövrün inkişaf strategiyası kimi qəbul edilən yeganə tərəqqi modelidir. Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmasının açılması məhz bu zərurətlərdən irəli gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.