ELM VƏ TƏHSİL


BDU-da metal-yarımkeçirici kontaktlarının hazırlanması və tətbiqi üzrə tədqiqatlar aparılır

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda elmi seminar olub. Əməkdaş və doktorantların iştirak etdikləri seminarda institutun Kondensə olunmuş hal fizikası şöbəsinin elmi işçisi Məhəmməd Həsənov “Metal-yarımkeçirici kontaktının xassələrinin mürəkkəb sistemlər nəzəriyyəsi əsasında təhlili” mövzusunda məruzə ilə çıxış edib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, məruzədə Şottki diodlarının hazırlanmasında istifadə olunan və müxtəlif texnoloji metod və şəraitdə alınan nazik metal təbəqələrin quruluşunun və xassələrinin müxtəlifliyinin geniş diapazonda dəyişdiyi qeyd edilib. Mürəkkəb sistemlər nəzəriyyəsi əsasında metal-yarımkeçirici kontaktlarında (toxunma səthinin qeyri-bircinsliyi nəzərə alınmaqla) baş verən elektrofiziki xassələr araşdırılıb və alınmış nəticələrin tətbiq imkanları müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.