ELM VƏ TƏHSİL


BDU-da milli-mənəvi dəyərlər, ənənə və müasirlik mövzusunda tədbir keçirilib

Bakı, 3 iyun, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Sosial elmlər və psixologiya fakültəsində “Milli-mənəvi dəyərlərimiz, ənənə və müasirlik” adlı tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin dekan müavini İranə Məmmədli və dosent Zeynəddin Şabanov çıxış edərək qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqının bu dəyərləri sədaqətlə qorumağından, qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin mühafizə olunmasının əhəmiyyətindən bəhs ediblər.

Sonra fakültənin tələbələri - Vaqif Müzəffərli, Nigar Hüseynzadə və Riad Mirzəyev çıxış edərək ümummilli lider Heydər Əliyevin hər bir sahədə olduğu kimi, dini ibadətgahların və abidələrin bərpası, onların yenidən inşası istiqamətində gördüyü işlər barədə məlumat veriblər. Çıxışlarda milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub.

Tədbir diskussiya formatında davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.