ELM VƏ TƏHSİL


BDU-da növbəti dil təlimi

Bakı, 18 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Conversation club”ın alman dili üzrə növbəti təlimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, təlim zamanı Filologiya fakültəsinin IV kurs tələbəsi Murad Məmmədov alman dilinin leksik, fonetik və qrammatik xüsusiyyətləri, həmçinin lüğət tərkibi haqqında iştirakçılara ətraflı məlumat verib, mövzu ilə bağlı sualları cavablandırıb.

Təlimlər həftədə iki dəfə olmaqla müxtəlif dillər üzrə təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.