ELM VƏ TƏHSİL


BDU-da nüvə elminin və texnologiyalarının əlifbası mövzusunda ustad dərsi təşkil ediləcək

Bakı, 20 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Pakistanın Qulam İsaxan İnstitutunun professoru Bahadır İrqaziyev “Nüvə elminin və texnologiyalarının əlifbası” mövzusunda ustad dərsi keçirəcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, fevralın 22-də “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq ustad dərsi Bakı Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulur.

Virtual ustad dərsində iştirak etmək istəyənlər fevralın 22-si saat 10:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.