ELM VƏ TƏHSİL


BDU-da onlayn elmi seminar: COVID-19 üçün nanoterapevtik strategiyalar və perspektivlər

Bakı, 8 iyul, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün iyulun 13-də “COVID-19 üçün nanoterapevtik strategiyalar və perspektivlər” mövzusunda onlayn elmi seminar keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, İran İslam Respublikasının Marağa Universitetinin professoru Aziz Eftekharinin məruzəçi olduğu onlayn seminar “Microsoft Teams” platforması üzərindən təşkil ediləcək. Seminarda iştirak üçün [email protected] ünvanına iyulun 12-si saat 17:00-dək müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.