ELM VƏ TƏHSİL


BDU-da onlayn imtahanlarda 7257 tələbə iştirak edib

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, yanvarın 18-də keçirilən onlayn imtahanlarda bakalavriat səviyyəsində 283 qrupda 6097 nəfər (389 nəfəri “SABAH” qrupları tələbəsi olmaqla), BDU-nun Qazax filialında isə 665 tələbə iştirak edib.

Magistratura səviyyəsində isə 137 ixtisaslaşma üzrə 495 magistrant 99 fənn üzrə imtahan verib.

BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə prorektorlar, dekanlar, kafedra müdirləri və tələbə nəzarət qrupunun üzvləri tərəfindən imtahan prosesinə nəzarət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.