ELM VƏ TƏHSİL


BDU-da onlayn tədbir: Milli-mənəvi dəyərlər və Qarabağ

Bakı, 22 fevral, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “Milli-mənəvi dəyərlər və Qarabağ” adlı onlayn tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, TGT-nin sədri Əli Qədirlinin moderatorluğu ilə keçirilən tədbirdə dekan Abdülsəyid Əzizov, dekan müavini Taleh Qəhramanov çıxış edərək mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıblar. Tədbirdə Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı Mircavid Ağayev, Vətən müharibəsinin iştirakçısı, Kimya fakültəsinin məzunu Vüqar Əhmədov döyüş yollarından danışıblar.

Sonra TGT-nin üzvü Şəhanə Məmmədzadə, tələbələr şanlı Ordumuzun uğurlarından, əsgər və zabitlərimizin qəhrəmanlığından bəhs edib, böyük Zəfərimizin tarixi əhəmiyyətini vurğulayıblar.

İkinci kurs tələbəsi Yusif Yusifovun hazırladığı videoçarx təqdim olunub.

Tədbirdə “Gənclərimizin formalaşmasında qəhramanlarımızın nümunəsi” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb. Birinci yerə Gülçin Mirzəyeva, ikinci yerə Günel Hüseynova, üçüncü yerə isə Turanə Sadiqli layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.