BDU-da qazax yazıçısının “Qarabağ. Evə doğru uzun yol” kitabı təqdim edilib
AzerTAg.az
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzində türk dünyasının yazarı, qazax yazıçı-publisisti Nasixa Kenjina ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə yazıçı-publisistin “Qarabağ. Evə doğru uzun yol” kitabı təqdim olunub. Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsindən, Azərbaycanın qazandığı şanlı qələbədən bəhs edilən “Qarabağ. Evə doğru uzun yol” kitabında Nasixa Kenjina qazax xalqının Azərbaycana məhəbbətini təcəssüm etdirib.
Görüşdə Şuşa şəhərinin azad olunduğu gün Qazaxıstanda Azərbaycan bayraqları ilə sevinc yürüşündən videokadrlar nümayiş olunub.

Xəbərin mətnində orfoqrafik səhv var