ELM VƏ TƏHSİL


BDU-da qış imtahan sessiyası başa çatıb

BDU-da qış imtahan sessiyası başa çatıb

Bakalavriatura səviyyəsində 20 mindən çox, magistratura səviyyəsində 1200-ə yaxın tələbə imtahan verib

 

Bakı, 7 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) qış imtahan sessiyası başa çatıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1981 tələbə imtahan verib. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən 5 mindən çox təhsilalana həmin fənlərdən imtahan vermək üçün fevralın 7-dən 14-dək şərait yaradılır.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizələrin, təkliflərin, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.