ELM VƏ TƏHSİL


BDU-da şeir müsabiqəsinin qalibləri sertifikata layiq görülüblər 

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə tələbələr arasında şeir müsabiqəsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva 30-dək tələbənin iştirak etdiyi müsabiqənin əhəmiyyətindən danışıb.

Sonra filologiya, biologiya, şərqşünaslıq, tarix, mexanika-riyaziyyat, ekologiya və torpaqşünaslıq, tətbiqi riyaziyyat və kibernetika, coğrafiya və hüquq fakültələrinin xarici dil kimi alman-fransız dillərini seçmiş tələbələri bu dillərdə şeirlər səsləndiriblər.

Müsabiqənin birinci mərhələsində qalib seçilən 15 tələbə sertifikata layiq görülüb. Digər iştirakçılara Fransa səfirliyi tərəfindən təqdim olunmuş kitablar verilib.

Qeyd edək ki, müsabiqənin ikinci mərhələsi Azərbaycan Dillər Universitetində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.