ELM VƏ TƏHSİL
BDU-da seminar: Azərbaycanın faydalı qazıntılarının formalaşma şəraiti və perspektivliyi
Bakı, 5 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Faydalı qazıntılar kafedrasının təşkilatçılığı ilə II kurs magistrantların “Azərbaycanın faydalı qazıntılarının formalaşma şəraiti və perspektivliyi” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyev seminarın işinə uğurlar arzulayıb.
Seminarda magistrantların “Kasdağ-Köhnə mədən zonasının maqmatik komplekslərinin petrologiyası”, “Tufan struktur-formasiya zonasında əlvan metal filizləşməsinin formalaşma şəraiti və perspektivliyi”, “Daşkəsən filiz rayonunda nəcib metal filizləşməsinin formalaşmasının geoloji-struktur şəraiti və perspektivlik kriterləri”, “Ordubad filiz rayonunda kolçedan-polimetal filizləşməsinin formalaşma şəraiti və perspektivliyinin qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib.
Elmi seminar mövzular ətrafında fikir mübadiləsi ilə başa çatıb.