BDU-da seminar: Geni modifikasiya olunmuş orqanizmlər
AzerTAg.az
Bakı, 30 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” Mərkəzinin təşkilatçılığı və BDU “SABAH” qruplarının nəzdində fəaliyyət göstərən “BİO klub”un təqdimatı ilə “Geni modifikasiya olunmuş (GMO) orqanizmlər” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda BDU “SABAH” qruplarının Biologiya müəllimliyi ixtisasının II, III, IV kurs tələbələri iştirak ediblər. Tələbələrdən Fəridə Rzayevanın “GMO nədir? GMO-nun tarixi”, Kübra Həşimovanın “Qidamızı təşkil edən GMO-lar”, Zəhra Mirzəyevanın “GMO-nun fəsadları”, Ülkər Gülməmmədzadənin “Asilomar konfransı”, Üzeyir Kərimovun “Azərbaycan xalqının GMO-ya baxışı” mövzusunda təqdimatları olub.
Sonra müzakirələr aparılıb.
Qeyd edək ki, seminarın keçirilməsində məqsəd tələbələri GMO və onun insan orqanizminə mənfi təsiri barədə məlumatlandırmaqdır.



Xəbərin mətnində orfoqrafik səhv var