ELM VƏ TƏHSİL


BDU-da tədbir: Dövr və zaman anlayışını unutduran böyük söz ustadı

Bakı, 3 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədrisin təşkili və idarə olunması mərkəzinin Hazırlıq sektoru və Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının birgə təşkilatçılığı ilə “Dövr və zaman anlayışını unutduran böyük söz ustadı” adlı onlayn tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Hazırlıq sektorunun baş mütəxəssisi, dosent Naibə Rzayeva insanlığı bəşəri sülhə, ədalətə səsləyən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinin, Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən bəhs edib. O, dahi söz ustadının əsərlərinin milli və bəşəri əhəmiyyətindən, dünya miqyasında öyrənilməsindən, şairin irsinin tədqiqi və təbliği istiqamətində görülən mühüm işlərdən söz açıb.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib, dahi şairin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açdığını diqqətə çatdırıb.

Tədbirdə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, BDU-nun dosenti Şərəf Cəlilli, Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri Hüseyn Əsgərov, professor Mətanət Abdullayeva və dosent Əhəd Cavadov çıxış edərək dahi söz ustadı Nizami Gəncəvinin əsərlərinin bəşər tarixində silinməz iz buraxdığını qeyd ediblər. Çıxışlarda Nizami irsinin gənc nəslə aşılanmasının vacibliyi vurğulanıb, onun zəngin irsinin Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxladığı diqqətə çatdırılıb.

Sonra Hazırlıq sektorunun tələbələri - Badem Fetullah, Efe Mustafa, Güven İrem, Taban Gamza, Ahmet Kuyucu, Abdullah Çiçek Ayşe Gündoğar, Ayşe Aydın, Tasouijian Haideh, Lule İlayda, İnal Oğuzhan, Yeşim Kuyumcu, Yalçın Anıl, Bian Jiarui, Ye Minghui, Murat Gedikli, Ensar Muhammed Gungor Nizami Gəncəvi əsərlərindən nümunələr səsləndiriblər. Tədbirdə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Sübhan Rüstəmov “Sənsiz” romansını ifa edib. Hazırlıq sektorunda təhsil alan tələbələrin dahi Nizaminin “Sənsiz” qəzəlini və “Sevgili canan” romansını səsləndirdiyi videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.