ELM VƏ TƏHSİL
BDU-da tədbir: Ekoloji terror və Qarabağın təbiəti
Bakı, 22 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən “Ekoloji terror və Qarabağın təbiəti” adlı maarifləndirici onlayn tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin TGT sədri Nigar Muxtarzadə ermənilərin Qarabağda həyata keçirdiyi ekoloji terrorun fəsadları və azad edilmiş ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində görüləcək işlər barədə danışıb.
Tədbirdə tələbələrdən Ətirxanım Abdullazadə, Həcərə Babaşova və Mahir Məmmədov Qarabağın təbiəti, flora və faunası, azad edilmiş ərazilərin bərpası işlərinə gənclərin gələcəkdə verə biləcəyi töhfələrdən bəhs ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]