BDU-da tədbir: Heydər Əliyev və milli adət-ənənələrimiz
AzerTAg.az

Bakı, 18 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Heydər Əliyev və milli adət-ənənələrimiz” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə fakültə dekanı Bəxtiyar Paşayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə xüsusi önəm verib. Ulu Öndər xalqımızın ən gözəl bayramlarından olan Novruzun da çox yüksək əhvali-ruhiyyə ilə keçirilməsinə diqqət göstərirdi.
Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov “Heydər Əliyev və milli adət-ənənələrimiz” mövzusunda məruzə edib.
Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov Novruzu astronomiya elmi baxımından izah edib, bu günlərdə Günəş sistemində baş verən dəyişikliklər barədə danışıb.
Fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Lamiyə Həmidova, tələbələr Lalə Məmmədova və Tərlan Əlizadə Novruzla bağlı təqdimatlar ediblər.
Sonra Novruz bayramı ilə bağlı videoçarx nümayiş etdirilib.
Xəbərin mətnində orfoqrafik səhv var