ELM VƏ TƏHSİL


BDU-da tədbir: Narkomaniya ictimai bəladır

Bakı, 24 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika və Psixologiya kafedraları və “Gənc istedadlar” Liseyinin birgə təşkilatçılığı ilə “Narkomaniya ictimai bəladır” mövzusunda vebinar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, vebinarda təhsil müəssisələrində psixoloji və pedaqoji fəaliyyətin təkmilləşdirilməsi, məktəb psixoloqları üçün narkomanlıq problemi mövzusunda çıxışlar dinlənilib.

Tədbirdə “Gənc istedadlar” Liseyinin direktoru Arif Bağırov, BDU-nun Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova, Psixologiya kafedrasının baş müəllimi Kamilə Kazımova, Hüquq fakültəsinin dosenti Məleykə Bayramova, Respublika Narkoloji Mərkəzinin psixoloqu, BDU-nun müəllimi Ramin Allahverdiyev, liseyin psixoloqu Nigar Əhmədova, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov çıxış edərək narkomaniyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə danışıb, həyata keçirilən proqram və layihələr haqqında məlumat veriblər.

Çıxışlarda narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaratdığı qeyd edilib, narkomaniya ilə mübarizə yolları diqqətə çatdırılıb. Bildirilib ki, belə maarifləndirmə tədbirlərinin davamlı olaraq keçirilməsi narkomaniya ilə mübarizədə, xüsusilə gənclər arasında bu bəlanın yayılmasının qarşısının alınmasında səmərəli kömək edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.