ELM VƏ TƏHSİL


BDU-da tədbir: Zəfərə gedən yol

Bakı, 13 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “Zəfərə gedən yol” adlı onlayn tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi anılıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə fakültənin dekan müavini Şamo Cəbrayılov, TGT sədri Röya Abbasova, fəal tələbələr Təranə Məmmədli, Gülüstan Muxtarova, Toğrul Məlikzadə, Vəfa Vəlişli və Səbinə Əsədova bədnam ermənilərin törətdikləri təxribatlardan, qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratmasından, şanlı Qələbəmizdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.