ELM VƏ TƏHSİL


BDU-da tələbələr üçün “Həyat sığortası - praktiki kazuslarla” mövzusunda təlim

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “Paşa Həyat Sığorta” ASC arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq BDU-da tələbələr üçün “Həyat sığortası - praktiki kazuslarla” mövzusunda növbəti təlim keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov sektorun fəaliyyəti, tələbələr üçün təşkil ediləcək təlim və seminarlar haqqında məlumat verib. Sığorta şirkətlərinin inkişafının əmək bazarında yaratdığı rəqabətliliyi qeyd edən İ.Şərifov tələbələri təlimdə fəal iştirak etməyə səsləyib.

“PAŞA Həyat Sığorta” ASC-nin Hüquq departamentinin direktoru, BDU-nun məzunu Səbuhi Göyüşov tələbələri sığortanın tarixi, mövcud vəziyyəti haqqında məlumatlandırıb. Əmək bazarında gündəlik baş verən praktik kazusları qeyd edən təlimçi iştirakçıların mövzu ətrafında çoxsaylı suallarını cavablandırıb.

Sonda təlimdə fəal iştirak edən tələbələrə şirkət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.