ELM VƏ TƏHSİL


BDU-da tələbələr üçün keçirilən dil təlimləri uğurla davam edir

Bakı, 6 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Conversation club”un tələbələr üçün keçirdiyi dil təlimləri uğurla davam edir.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, açıq havada təşkil olunan növbəti təlim rus dili üzrə keçirilib. Təlimin məqsədi tələbələrin rus dilində danışıq səriştəsinin artırılması, bacarıqlarının təkmilləşdirilməsi, əldə etdikləri dil biliklərinin inkişaf etdirilməsidir.

Filologiya fakültəsinin IV kurs tələbəsi Gülər Abdinova təlim iştirakçılarına rus dilinin qrammatikası, gündəlik danışıqda ən çox istifadə edilən sözlər haqqında məlumat verib, sualları cavablandırıb.

Təlimlər həftədə iki dəfə olmaqla müxtəlif dillər üzrə davamlı şəkildə həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.