ELM VƏ TƏHSİL


BDU-da tələbələrin ifasında “Qarabağ Azərbaycandır!” tamaşasının premyerası olub

Bakı, 26 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin quruluşunda və tələbələrin ifasında “Qarabağ Azərbaycandır!” tamaşasının premyerası olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Əvvəlcə 44 günlük Vətən müharibəsinə həsr olunmuş sərgi ilə tanışlıq olub.

Sonra akt zalında tamaşanın quruluşçu rejissoru, universitetin Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşı Vahid Oruc çıxış edərək belə bir tamaşanın ali məktəblər arasında ilk dəfə BDU-da səhnələşdirildiyini deyib, aktyorların ali məktəbin yaradıcı tələbələri olduğunu qeyd edib.

Daha sonra “Qarabağ Azərbaycandır!” tamaşası göstərilib. Tarixi Zəfərə həsr olunan tamaşanın əsas ideyası Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlığı, tariximizin parlaq səhifəsi olan Zəfərə doğru gedən şərəfli yolu əks etdirmək, Azərbaycan əsgərinin Vətən uğrunda fədakarlıq nümunəsi göstərməsinin, Vətən sevgisinin tərənnümüdür.

Tamaşanın ölkəmizin digər ali təhsil müəssisələrinin səhnələrində də göstərilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.