ELM VƏ TƏHSİL


BDU-da təlim: Banklarda audit işinin təşkili

Bakı, 14 may, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) birgə təşkilatçılığı ilə tələbələr üçün “Banklarda audit işinin təşkili” mövzusunda növbəti təlim keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov bank sektorunda sürətli inkişafın mövcud əmək bazarının tələblərinə uyğun olaraq tələbə və məzunların karyera imkanlarını daha da genişləndirdiyini qeyd edib.

Bankın İşə qəbul şöbəsinin müdiri Orxan Əliyev öz karyera həyatında ABB-nin tutduğu xüsusi yeri qeyd edib və tələbələr üçün banklarda mövcud olan imkanlardan danışıb.

Bankın Daxili audit departamentinin meneceri Nicat Qasımov banklarda audit işinin təşkili prinsiplərini açıqlayıb.

Görüşdə BDU təhsilalanlarının əmək bazarının yeni ixtisaslarına adaptasiyası, yumşaq bacarıqlarının yaxşılaşdırılması məqsədilə bank tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri də müzakirə olunub.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.