ELM VƏ TƏHSİL


BDU-da təlim: Elmi tədqiqat və akademik yazı

Bakı, 9 mart, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, ABŞ-ın Nyu-York ştatının, habelə İngiltərə və Uelsin vəkillər kollegiyasının üzvü Altay Mustafayevin iştirakı ilə “Elmi tədqiqat və akademik yazı” mövzusunda onlayn təlim keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Hüquq fakültəsinin dekanı Əmir Əliyev təlimin əsas məqsədinin tədqiqat işinin seçilməsi, ədəbiyyatın toplanması, mənbələrin yığılması, araşdırma zamanı lazımi qeydlərin aparılması və digər məsələləri tələbələrə izah etmək olduğunu qeyd edib.

“Elmi tədqiqat və akademik yazı” mövzusunda məruzə ilə çıxış edən A.Mustafayev yazıya başlamazdan əvvəlki mərhələ, bir-biri ilə əlaqəli olan ideyaların axtarılması, toplanması və bir araya gətirilməsi kimi məsələlərdən danışıb. Təlimçi giriş və nəticə hissələrinin yazılmasında rast gəlinən çətinliklərdən, onların aradan qaldırılması metodlarından bəhs edib.

Diskussiya şəklində davam edən təlim iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.