ELM VƏ TƏHSİL
BDU-da ustad dərsi: Çin ənənəvi poeziyası
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi, Beynəlxalq əlaqələr şöbəsi, BDU-nun nəzdində Konfutsi İnstitutu və Anhui Universitetinin təşkilatçılığı ilə tələbələr və gənc tədqiqatçılar üçün “Çin ənənəvi poeziyası” mövzusunda onlayn ustad dərsi keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qeyd edilib ki, fakültənin professor və müəllimlərinin, doktorantlarının, tələbələrinin iştirak etdikləri tədbirin məruzəçisi Anhui Universitetinin professoru Denq Şu üç min il tarixi olan klassik Çin poeziyasının bütün ənənəvi formalarının əsasən qafiyəli olmasından danışıb. O, Konfutsi kitablarının imperator Şi Xuandinin göstərişi ilə yandırıldığı vaxtdan “Şi-tszin” (Nəğmələr kitabı) və “Çutsi” (Çu çarlığının nəğmələri) adlı şeir toplularının bu günümüzə qədər gəlib çatan ən erkən antologiyalar hesab olunduğunu vurğulayıb, həm qəsidələri, həm də xalq mahnıları özündə ehtiva edən Çin şeirləri toplusu və “Çutsi” adlı topludan bəhs edib.
Professor “Şi” formasında yazılmış şeirlərin Tan sülaləsindən başlayaraq müasir dövrə qədər Çin poeziyasında üstünlük təşkil etdiyini deyib.