ELM VƏ TƏHSİL
BDU-da vebinar: Azərbaycanın müasir ekoloji problemləri
Bakı, 14 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Azərbaycanda ətraf mühitin mühafizəsi hərəkatının banisi akademik Həsən Əliyevin anadan olmasının 114 illiyinə həsr olunmuş “Azərbaycanın müasir ekoloji problemləri” mövzusunda vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, vebinarda akademik Həsən Əliyevin mənalı ömür yolu, ətraf mühitin qorunmasında əvəzsiz xidmətləri barədə məlumat verilib.
Coğrafi ekologiya kafedrasının müdiri dosent Akif Ağbabalı, Torpaqşünaslıq kafedrasının müdiri akademik Qərib Məmmədov, Coğrafi ekologiya kafedrasının dosenti Tahir İbrahimov, professor Şövqi Göyçaylı, akademik Həsən Əliyevin Azərbaycanın təbiətinə qayğısı, gənclərə dəstəyi haqqında çıxış ediblər.
Sonra Coğrafi ekologiya kafedrasının gənc müəllimi Aysel Hacıyevanın mövzu üzrə məruzəsi dinlənilib.