ELM VƏ TƏHSİL


BDU-da vebinar: Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar

Bakı, 10 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda vebinar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, vebinarda universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Geniş məruzə ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Elşad Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqinə dair həyata keçirilən layihələr və görüləcək işlər barədə məlumat verib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov çıxışında tələbə və magistrlərin müvafiq istiqamətdə geniş bilgilərinin formalaşması baxımından belə vebinarların keçirilməsinin vacibliyini vurğulayıb.

Hüquq və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin IV kurs tələbələri və magistrantların iştirak etdikləri vebinar mövzu ətrafında diskussiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.