ELM VƏ TƏHSİL


BDU daha bir nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edəcək

Bakı, 24 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru akademik Abel Məhərrəmov Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosu ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik A.Məhərrəmov rəhbərlik etdiyi universitetin tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələrindən danışıb, Sakarya Universiteti ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Professor Murat Tosu Sakarya universitetinin tədris istiqamətləri barədə məlumat verib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi, “Riyaziyyat və onun tətbiqləri” VIII Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Konfransın BDU-nun 100 illik yubileyinə həsr edilməsi və 2019-cu il avqustun 27-dən 30-dək bu ali məktəbin əsas tərəfdaşlığı ilə Bakıda keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, sözügedən konfrans Türkiyənin aparıcı universitetlərinin dəstəyi ilə ənənəvi olaraq ölkədən xaricdə təşkil edilən elmi tədbirdir. Əvvəlki konfranslar Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.