ELM VƏ TƏHSİL


BDU dosentinin “Sahəvi biblioqrafiya (ədəbiyyatşünaslıq və incəsənət üzrə)” adlı dərs vəsaiti nəşr olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sima İsmayılovanın yeni dərs vəsaiti nəşr olunub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, “Sahəvi biblioqrafiya (ədəbiyyatşünaslıq və incəsənət üzrə)” adlı kitabın elmi redaktoru Biblioqrafiyaşünaslıq kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov, rəyçiləri isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Almaz Ülvi və Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslandır.

Dərs vəsaitində sahəvi biblioqrafiyanın spesifik xüsusiyyətləri, sosial funksiyaları, təşkilati-funksional quruluşu, məzmun hüdudları və digər nəzəri problemlər şərh edilib. Nəşrdə informasiyalaşdırılmış cəmiyyətdə sahəvi biblioqrafiyanın yeri və rolu, cəmiyyət üzvlərinin, sahə mütəxəssislərinin biblioqrafik informasiya təminatındakı əhəmiyyəti faktiki mənbələrə əsaslanaraq təhlil olunub.

Kitab müvafiq ixtisas üzrə təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.