ELM VƏ TƏHSİL


BDU dünyanın ən yaxşı universitetləri siyahısında yer alır

Bakı, 8 may, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) “QS World University Rankings” reytinqinə görə dünyanın top universitetləri siyahısına daxildir. Ötən il dünyanın 20 min top universitetini araşdıran şirkət siyahıya yalnız 1000 top universiteti daxil edib və Azərbaycandan yalnız BDU bu siyahıda 801+ yerdə qərarlaşıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, 2015-ci ildən başlayaraq bu ali məktəb beynəlxalq “Round University Ranking” reytinqinə dünyanın ən yaxşı 750 universiteti ilə birlikdə daxil olunur. BDU “U-Multirank” tərəfindən dünyanın ən yaxşı 850 universitetləri siyahısında yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.