ELM VƏ TƏHSİL


BDU əməkdaşlarının Türkiyədə keçirilən beynəlxalq konfransda məruzəsi dinlənilib

Bakı, 29 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Türkiyədə “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həllər” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

“ANKOSLink 2021” açıq elm, açıq giriş, smart kitabxanalar, açıq məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlara abunəlik və COVID-19 sonrası kitabxana xidmətlərinin inkişafına yönələn beynəlxalq konfrans Türkiyənin Antalya şəhərində keçirilib.

Beş yüzdən çox kitabxana və konsorsium rəhbərinin, kitabxana-informasiya mütəxəssisinin qatıldığı tədbir Antalya Bilim Universitetinin yeni kitabxanasının açılışı ilə işinə başlayıb. Dörd gün davam edən konfransda BDU-nun Elmi Kitabxanası və Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun təşkilatçılığı ilə müxtəlif kitabxanalardan olan 10 nəfərlik qrupla kitabxana rəhbərləri və əməkdaşları iştirak ediblər.

Elmi Kitabxananın direktoru Nigar İsmayılova və kitabxananın şöbə müdiri, Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun rəhbəri Cəmilə Yusifovanın “Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AZ.LIC) çərçivəsində “BDU-nun Elmi Kitabxanasının akademik kitabxanalarla metodiki iş və əməkdaşlığı” mövzusunda məruzəsi dinlənilib. Məruzədə BDU yarandığı tarixdən etibarən onun kitabxanasının təşkil olunması, bir əsrlik kitabxananın nadir və çox qiymətli fondu, oxucuları, klassik və elmi kitabxana kimi dəyəri, metodik statusu, Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun fəaliyyəti və ali məktəb kitabxanalarına dəstəyi haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

BDU-nun Elmi Kitabxanasının tanıtım videoçarxı nümayiş etdirilib.

Məruzəçilərə konfransın təşkilatçıları tərəfindən plaket təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.