ELM VƏ TƏHSİL


BDU əməkdaşlarının bir il ərzində beynəlxalq jurnallarda 247 əsəri nəşr olunub

Bakı, 6 yanvar, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) bir il ərzində Hirş indeksini 5 bal artırıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-nun əməkdaş, doktorant və tələbələrinin 2021-ci il üzrə elmi fəaliyyəti uğurla nəticələnib. Belə ki, universitetdə elmi fəaliyyət üzrə kompleks tədbirlərin həyata keçirilməsi 2021-ci ildə elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub. “Clarivate Analytics” agentliyinin rəsmi məlumatına əsasən, 2021-ci ildə BDU-nun Hirş indeksi 5 bal (44-dən 49-a qədər) artıb. Hirş indeksi elmi təşkilatın elmi əsərlərinə istinada görə kəmiyyət göstəricisidir. Hər bir əsərə istinadların orta sayı isə 5.58-ə qədər yüksəlib. 2018-ci ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan jurnallarda artıq 3 min 321 elmi əsər nəşr etdirilib. Bu əsərlərə 18 min 529 dəfə istinad olunub. Təkcə 2021-ci ildə “Web of Science” bazasına daxil olan jurnallarda BDU tərəfindən 247 əsər (2021-ci il üzrə yekun nəticələr tam deyil, 2022-ci ilin ilk yarımilliyində tamamlanacaq) nəşr etdirilib. Nəşr edilən əsərlərə 4 min 517 dəfə istinad olunub ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2.6 dəfə çoxdur.

Bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.