ELM VƏ TƏHSİL


BDU əməkdaşlarının elmi-tədqiqat işinin nəticələri impakt faktorlu jurnalda dərc edilib

Bakı, 10 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşları - Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, dosent Pərviz Kazimi və fəlsəfə doktoru Adilə Abdullayevanın birgə yerinə yetirdiyi elmi-tədqiqat işinin nəticələri “Azərbaycanda kitabxanaşünaslığa dair sənəd axınının elmmetrik təhlili” adlı ingilis dilində məqalədə əks olunmaqla impakt faktorlu “Norwegian Journal of development of the International Science” jurnalında dərc edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycanda kitabxanaşünaslığa dair sənəd axınının elmmetrik təhlili, inkişaf dinamikası, strukturu, sahə üzrə alim və mütəxəssislərin reytinqinin müəyyənləşdirilməsi üsulları haqqında məlumat verilib.

Məqalədə təqdim edilmiş elmmetrik tədqiqat üsullarından digər sahələr üzrə də bibliometrik araşdırmaların aparılmasında istifadə edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.