ELM VƏ TƏHSİL


BDU ilə Qazaxıstanın ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev universitetin beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. Qeyd edib ki, hazırda BDU ilə Qazaxıstanın iki universiteti arasında ikili diplom proqramı mövcuddur. Daha iki universitetlə ikili diplom proqramı üzərində isə işlər tamamlanmaq üzrədir. BDU-nun əcnəbi tələbələri arasında Qazaxıstandan olan tələbələr üstünlük təşkil edir. Hazırda BDU-da Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

Səfir Serjan Abdıkarimov BDU-da Monqolustanın Nomqon vadisində tapılan ikinci Göytürk dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatına görə rektor Elçin Babayevə təşəkkürünü bildirib. Qeyd edib ki, bu tapıntı bütün türk dövlətləri üçün böyük hadisədir. Səfir türk xalqlarının qədim və ortaq tarixinin öyrənilməsində Qazaxıstan dövlətinin də maraqlı olduğunu, bu məsələdə elm adamlarının üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. O, BDU ilə Qazaxıstanın ali məktəbləri arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb.

Görüşdə BDU ilə Qazaxıstanın ali məktəbləri arasında əməkdaşlığın daha da dərinləşməsi, maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.