ELM VƏ TƏHSİL
BDU ilə Tomar Politexnik Universiteti əməkdaşlığa başlayıb
Bakı, 30 mart, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Portuqaliyanın Tomar Politexnik Universiteti arasında “Erasmus KA 107” layihəsi çərçivəsində anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, İsveçin Linköpinq Universitetinin koordinatorluq etdiyi “Partnyor universitetlərdə mobil aplikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı” - MAGnUS layihəsi (Erasmus KA 2) çərçivəsində BDU Portuqaliyanın Tomar Politexnik Universiteti ilə əməkdaşlıq edir.
Qeyd edək ki, 1982-ci ildə əsası qoyulmuş Tomar Politexnik Universitetində 2300-dən çox tələbə təhsil alır. 300-ə yaxın akademik heyətin çalışdığı universitetdə üç məktəb fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]