ELM VƏ TƏHSİL


BDU media aktivliyinə görə liderdir

Bakı, 12 aprel, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) media aktivliyinə görə mart ayının lideri olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Media Consulting and Services” media monitorinq qrupu mart ayı üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Monitorinq aparıcı ali məktəblər, mobil rabitə, bank, sığorta və hotel sektoru üzrə adı mediada ən çox hallanan qurumlar arasında aparılıb. Bakı Dövlət Universiteti ən yüksək göstərici ilə digər qurumları qabaqlayaraq 2111 məlumatla birinci olub.

Xatırladaq ki, media monitorinq qrupu 12 televiziya, 13 radio dalğası, 55 çap və 600 onlayn media daxil olmaqla, 680-dən çox mənbəni, eyni zamanda, sosial şəbəkələri izləməklə bu nəticəyə gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.