ELM VƏ TƏHSİL


BDU məzunları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində işə qəbul ediləcək

Bakı, 11 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə Biologiya fakültəsinin məzunlarının iş imkanlarının dəyərləndirilməsi və onların gələcək inkişafının təmin edilməsi məqsədilə görüş təşkil edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Görüşdə ümumilikdə biotexnologiya, molekulyar biologiya, genetika, mikrobiologiya, biokimya və entomologiya ixtisasları üzrə təhsil almış 26 məzun iştirak edib.

Müsahibədən uğurla keçmiş məzunların Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda könüllülük fəaliyyəti və təcrübə proqramlarına cəlb olunması, eləcə də işə qəbul edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.