ELM VƏ TƏHSİL


BDU müvafiq fakültə və kafedralarda vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

BDU müvafiq fakültə və kafedralarda vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Bakı, 30 mart, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Boş olan yerlər bunlardır:

-Coğrafiya fakültəsi, dekan, 1 yer;

-Əqli mülkiyyət hüququ kafedrası, kafedra müdiri, 1 yer;

-Fiziki coğrafiya kafedrası, kafedra müdiri, 1 yer;

-İqtisadiyyat kafedrası, baş müəllim, 1 yer.

Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində, 1996-cı il 7 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.

Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.