ELM VƏ TƏHSİL


BDU-nun 10 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Bakı, 3 oktyabr, AZƏRTAC

2022-2023-cü tədris ilində Bakı Dövlət Universitetinə (BDU) daxil olmuş gənclərdən 10-u Prezident təqaüdünə layiq görülüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Həmin tələbələrin siyahısı təqdim edilir:

1. Abuşova Xədicə Vüqar qızı

2. Behputov Elnur Elxan oğlu

3. Əsgərov Murad Zöhrab oğlu

4. Həsənova Aytac Azər qızı

5. İbrahimova Turanə Həmzə qızı

6. Orucov Nəcməddin Nəsimi oğlu

7. Sadıqova Həmidə Cəmşid qızı

8. Sadıqova Nəzrin Cəmşid qızı

9. Süleymanova Şəhla Orxan qızı

10. Yusibov Şəhriyar Səfa oğlu.

Qeyd edək ki, Prezident təqaüdünə layiq görülən BDU tələbələrindən 2-si bacıdır.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2022-ci il 3 oktyabr tarixli Sərəncamına əsasən, bu il ali məktəblərə qəbul olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.